Sizin reklam burada
Sizin reklam burada

Stoltenberq tərəfləri gərginliyi artırmamağa çağırdı

Stoltenberq tərəfləri gərginliyi artırmamağa çağırdı
Qərbi Balkan ölkələrində səfərdə olan NATO-nun Baş katibi Yens Stoltenberq Belqradda Serbiya Prezidenti Aleksandar Vuçiç ilə görüşüb.

Axar.az xəbər verir ki, görüşdə Serbiya ilə Kosova arasında davam edən gərginlik müzakirə olunub. NATO-nun Kosovadakı Sülhməramlı Qüvvələrinin sülhün və təhlükəsizliyin təmin olunmasındakı rolu vurğulanıb.

Y.Stoltenberq tərəfləri gərginliyi artırmamağa, diqqəti dialoq prosesinə yönəltməyə çağırıb.

NATO ilə əlaqələrindən məmnunluğunu ifadə edən Vuçiç isə ölkəsinin hərbi tərəfsiz mövqeyini davam etdirəcəyini vurğulayıb.

Conflict.az

  • Sosial şəbəkədə paylaş