Sizin reklam burada
Sizin reklam burada

"Zelenski Paşinyanı Rusiyaya qarşı müharibəyə cəlb etməyə çalışır”

"Zelenski Paşinyanı Rusiyaya qarşı müharibəyə cəlb etməyə çalışır”
Ukrayna Prezident Ofisi rəhbərinin müavini Mixail Podolyakın Ermənistanı tərifləməsi, onun düngün yolda olduğunu bildirməsinin adınca, İrəvanın “Baltik-Qara dəniz Müdafiə Alyansına” qəbulu haqda söylədikləri maraq doğurub.
Bu alyansın mövcudluğu haqda geniş təsəvvür yoxdur.

“Hraparak” nəşri yazıb ki, bu alyans 2014-cü ildə - Krımın Rusiya tərəfindən ilhaqından sonra yaradılıb. Məqsəd Rusiyanın imperiya siyasətinə qarşı mübarizə aparmaq, Ukrayna və Gürcüstanın işğal olunmuş ərazilərini azad etməkdir.

9 ildir fəaliyyəti görünməyən qurumu fəallaşdırmaq üçün Vladimir Zelenski bu ilin avqustunda Baltik və Qara dənizlərə çıxışı olan ölkələr arasında təhlükəsizlik alyansı rəsmiləşdirməyi təklif edib.

“Bu isə o deməkdir ki, Zelenski Paşinyanı Rusiyaya qarşı müharibəyə cəlb etməyə çalışır”, - məqalədə bildirilib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş