Sizin reklam burada
Sizin reklam burada

"Vaşinqton bəzi qərarları daha tez qəbul edə bilərdi"

"Vaşinqton bəzi qərarları daha tez qəbul edə bilərdi"
Ukraynada müharibənin başa çatması silah təchizatından və Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnının tərəfdaşlarından istədiyi silahları alıb-almamasından asılı olacaq.
Bunu ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş direktoru, general Devid Petreus deyib.

O qeyd edib ki, Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsinə ABŞ-ın cavabı təsiredici olub:

"Baxmayaraq ki, Vaşinqton bəzi qərarları daha tez qəbul edə bilərdi. Qərbin reaksiyası həqiqətən çox, məncə, Putinin düşündüyündən qat-qat əhəmiyyətlidir. Və bu, bir dərsdir. Çünki keçmişdə elə hərəkət etmişik ki, Putin lazım olduğu kimi sərt reaksiya verəcəyimizə inanmırdı".

Conflict.az

  • Sosial şəbəkədə paylaş