Sizin reklam burada
Sizin reklam burada

"Ukrayna Rusiya təcavüzünə qalib gəlməklə qonşu regionların xalqlarını qoruyur"

"Ukrayna Rusiya təcavüzünə qalib gəlməklə qonşu regionların xalqlarını qoruyur"
Mən regiondakı qonşularımıza - Türkiyə, Bolqarıstan, Rumıniya, Moldovaya qlobal təhlükəsizliyin tərəfində olduqları üçün təşəkkür edirəm.
Bunu Ukrayna Prezidenti Vladimir Zelenski Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının sammitində onlayn çıxışı zamanı deyib.

“Əminəm ki, düzgün sülhün bərpası və Rusiyanın, xüsusən də Qara dənizdəki aqressiv mövcudluğunun ləğvi Gürcüstana öz ərazi bütövlüyünü bərpa etməyə və bütün Qafqaz dövlətləri üçün daha çox milli təhlükəsizlik təminatları yaratmağa kömək edəcək”, - deyə o bildirib.

Zelenski qeyd edib ki, Ukrayna Rusiya təcavüzünə qalib gəlməklə Baltik-Qara dəniz-Azov məkanının və qonşu regionların bütün xalqlarını qoruyur.

Dövlət başçısı həmçinin Qara dəniz regionunda əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb.

Conflict.az

  • Sosial şəbəkədə paylaş