Sizin reklam burada
Sizin reklam burada

"Paşinyanın ölkəsi üçün ciddi risklər artırır"

"Paşinyanın ölkəsi üçün ciddi risklər artırır"
Baş nazir Nikol Paşinyan Rusiyadan və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından uzaqlaşdıqca, ölkəsi üçün ciddi riskləri artırır.
Bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

O bildirib ki, Kremlin başı Ukrayna savaşına qarışsa da, Cənubi Qafqazdakı forpostunu itirməmək üçün müxtəlif variantları nəzərdən keçirir:

“Bunlardan biri Ermənistana qarşı iqtisadi təzyiq alətlərini işə salmaqdırsa, ikinci aləti hərbi çevriliş şəraiti yaratmaqdır, bu məqsədlə Rusiyanın bu ölkədəki hərbi bazanın da imkanlarından istifadə edilməsi mümkündür. Nikol Paşinyan bu təhlükələri hesablamamış deyil, bu səbəbdən ABŞ və Avropa Birliyindən təhlükəsizlik təminatı almağa çalışır. Vaşinqton, Paris və Brüsseldən Paşinyana vədlər verilməmiş deyil, ancaq Ermənistanın baş naziri bunlarla kifayətlənə bilməz. Ermənistan yol ayrıcındadır, gələn il bu ölkə ciddi çağırışlarla üz-üzə qalacaq”.

Conflict.az

  • Sosial şəbəkədə paylaş