Sizin reklam burada
Sizin reklam burada

"Çözüm tapa bilmədik"

"Çözüm tapa bilmədik"
Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrel, fələstinlilər üçün yeni bir dövlət qurulmalı olduğunu və fələstinlilərin sürgün edilməsinə icazə verilə bilməyəcəyini bildirib.
Borrel bu haqda Aİ Xarici İşlər Nazirləri Toplantısının sonunda jurnalistlərə məlumat verib.

“Biz fələstinlilərlə israillilər arasında sülh və regionda sülh üçün həll yolu tapmalıyıq. Bu gün yaşadığımız dramatik böhran və həm İsrail, həm də Fələstin tərəfində böyük insan itkiləri beynəlxalq ictimaiyyətin siyasi və mənəvi uğursuzluğunu göstərir. Çözüm tapa bilmədik. Bu vəziyyətə görə hər kəs həll yolu axtarmalıdır. Həll iki dövlətli gələcək olmalıdır”, - o əlavə edib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş