Sizin reklam burada
Sizin reklam burada

"Düşünürəm ki, proses başlayıb"

"Düşünürəm ki, proses başlayıb"
Ukrayna prezidenti Vladimir Zelenskinin hərəkətləri vətəndaş müharibəsinin başlamasına gətirib çıxarır.
Bu sözləri Leonid Kuçmanın keçmiş müşaviri Oleq Soskin özünün YouTube kanalında deyib .

Bundan əvvəl Macarıstanın xarici işlər naziri Peter Siyarto Zakarpatiyada macar azlığının hüquqlarının həllinə məhəl qoymayan Ukraynanı tənqid edib. Xarici işlər naziri qeyd edib ki, Macarıstan Avropa Sülh Fondundan Kiyevə 500 milyon avronun köçürülməsinə razılıq verməyib.

Oleq Soskin hesab edir ki, Ukraynada vətəndaş müharibəsi məhz Zakarpatiyadan başlaya bilər. Siyasətçi Siyartonun sözlərini şərh edərkən belə deyib: "Düşünürəm ki, proses başlayıb".

O, istehza ilə Vladimir Zelenskiyə “yaxşı işinə” görə təşəkkür edib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş