Sizin reklam burada
Sizin reklam burada

"Fələstinlilərin başına gələnlərin dözülməz olduğu doğrudur”

"Fələstinlilərin başına gələnlərin dözülməz olduğu doğrudur”
Fələstin-İsrail münaqişəsinə hər kəs bu və ya digər dərəcədə şərikdir.
Bu sözləri ABŞ-ın keçmiş prezidenti Barak Obama “Pod Save America” nəşrinə müsahibəsində deyib.

“HƏMAS-ın etdikləri dəhşətli idi və bunun üçün heç bir bəhanə yoxdur. İşğalın və fələstinlilərin başına gələnlərin dözülməz olduğu da doğrudur”, - deyə Obama bildirib.

O, mülki şəxslərin fələstinli yaraqlıların hücumu ilə heç bir əlaqəsinin olmadığını vurğulayıb.

Sabiq prezident əlavə edib ki, Yaxın Şərqdəki münaqişənin həlli üçün bütün həqiqət tanınmalıdır:

“Heç kimin əli təmiz deyil, hamımız bu və ya digər şəkildə şərikik”.

Conflict.az

  • Sosial şəbəkədə paylaş