Sizin reklam burada
Sizin reklam burada

Makron Çinlə yaxınlaşan bölgədə təsir dairəsini genişləndirməyi hədəfləyir

Makron Çinlə yaxınlaşan bölgədə təsir dairəsini genişləndirməyi hədəfləyir
Fransa Prezidenti Emmanuel Makron atom elektrik stansiyaları (AES) üçün uran əldə etmək ümidilə Qazaxıstan və Özbəkistana səfər edib.
Bu barədə ABŞ-ın “Politiko” qəzeti yazır.

Makron Rusiya ilə güclü əlaqələri olan və hazırda Çinlə yaxınlaşan bölgədə Fransanın təsir dairəsini genişləndirməyi hədəfləyir.

Qazaxıstan və Özbəkistan Fransaya üçüncü ən böyük uran tədarükçüləridir.

Yayda Nigerdə ​​baş vermiş dövlət çevrilişi Fransa üçün problemlər yaradıb. Moskvanın Ukraynaya müdaxiləsi səbəbindən Rusiya uranının tədarükü ilə bağlı vəziyyət də qeyri-müəyyəndir.

Rusiyanın nüvə sektoru hələlik Avropa Birliyinin sanksiyalarına məruz qalmayıb. Ötən il AB-nin Rusiyadan idxal etdiyi uranın həcmi 16 faiz azalıb, Qazaxıstandan isə 14 faiz artıb.

Fransanın “Orano” nüvə şirkəti 1990-cı illərdən Qazaxıstanda uran mədənlərində işləyir, son vaxtlar Özbəkistanda da fəaliyyətə başlayıb. Yelisey sarayının rəsmisi nəşrə deyib ki, Makronun səfəri ilə bölgə ölkələriylə bu sahələrdə yeni əməkdaşlıqların önünü açacaq.

Qazaxıstan və Özbəkistan Pekinin “Bir Kəmər, Bir Yol” layihəsi çərçivəsində Çin investisiyalarından faydalanır. AB hər iki ölkəni əməkdaşlığa və Çinə cavab olan “Global Gateways” investisiya proqramlarına cəlb etməklə, bölgədə təsir dairəsi yaratmağa çalışır.

Conflict.az

  • Sosial şəbəkədə paylaş