Sizin reklam burada
Sizin reklam burada

"Yalnız mülki şəxsləri işə götürürük, həbsxanada olanları deyil"

"Yalnız mülki şəxsləri işə götürürük, həbsxanada olanları deyil"
Təyyarənin partlaması nəticəsində ölən rusiyalı iş adamı Yevgeni Priqojinin oğlu Pavel Priqojin "Vaqner" özəl hərbi şirkətinin rəhbəri olub.
Bu barədə "Vaqner"in Perm nümayəndəliyindən məlumat verilib.

Bildirilib ki, Rusiya Milli Qvardiya Qoşunlarının Federal Xidmətinin tərkibində olan "Vaqner"ə işə qəbul bərpa olunub: "Yalnız mülki şəxsləri işə götürürük, həbsxanada olanları deyil".

Pavel Priqojinin "Vaqner"ə rəhbər təyin edilməsi və yenidən formalaşdırılmasına dair sənədli sübutların mövcudluğu barədə məlumat verilməyib. Onun muzdlu qrupa hansı statusda rəhbərlik edəcəyi və ona komandir vəzifəsini tutmağa imkan verəcək hərbi rütbənin verilib-verilməməsi hələlik məlum deyil.

Rusiya Qvardiyası məsələ ilə bağlı hələ açıqlama verməyib.

Qeyd edək ki, Pavel Priqojin 18 iyun 1998-ci ildə anadan olub. O, iş adamı ailəsinin ortancıl övladıdır. Yevgeni Priqojinin dediyinə görə, oğlu hərbi xidmətdə olub, sonra isə onun şirkəti ilə müqavilə bağlayıb. Vaqner PMC-nin tərkibində kəşfiyyatçı və pilotsuz təyyarə operatoru kimi xidmət edib, Suriya və Ukraynada hərbi əməliyyatlarda iştirak edib, həmçinin Qara Xaç medalına layiq görülüb.

Daha öncə də Yevgeni Priqojinin oğlunun onun yerinə təyin olunacağı barədə xəbər yayılmışdı.

Conflict.az

  • Sosial şəbəkədə paylaş