Sizin reklam burada
Sizin reklam burada

"Qarabağdan gələnlərə münasibətin necə olacağı məlum deyil"

"Qarabağdan gələnlərə münasibətin necə olacağı məlum deyil"
“İrəvandakı Qarabağ nümayəndəliyinin binası qarşısında keçirilən aksiyanın məqsədi bu nümayəndəliyin bağlanması idi”.
Bunu Ermənistan Parlamentinin deputatı Metakse Akopyan deyib.

O bildirib ki, aksiyanın təşkilatçılarının erməniləri etiraza səsləməkdəki məqsədi başqa olub:

“İnsanları aksiyaya səsləyənlər 2018-ci ildən bəri eyni strategiyanı həyata keçirilər. Sosial şəbəkələrdə çox aktivdirlər. İnsanları naməlum şəkildə oraya topladılar. Onlar erməniləri bu vəziyyətə salmaqla “uğur” qazandılar. Ermənistan hökumətinin Qarabağdan gələnlərə münasibətinin necə olacağı məlum deyil. Bu suallara cavab axtarırıq, lakin məsələ uzanır. Ermənilərin hazırkı vəziyyətindən istifadə edərək kor-koranə şəkildə binanın qarşısına topladılar. Hamımız təşilatçının kim olduğunu bilirik. Həmin “nümayəndəlik” “artsax”dan qalan yeganə qurum idi. Bu səbəblə onu bağlamağa çalışırlar və bunu bacardılar”.

Qeyd edək ki, etiraz aksiyalarının təşkilində Qarabağdakı keçmiş qondarma rejimin nümayəndəsi Samvel Babayan günahlandırılır. Aksiya zamanı Samvel Şahramanyanın qohumu Karen Şahramanyan döyülmüş, separatçı “nümayəndər” binadan qaçmağa məcbur olmuşdu.

Conflict.az

  • Sosial şəbəkədə paylaş