Sizin reklam burada
Sizin reklam burada

"Cəlb edilənlər arasında məhbuslar və borclular var"

"Cəlb edilənlər arasında məhbuslar və borclular var"
Rusiyada hər ay 20 mindən çox insan Ukraynaya qarşı müharibəni davam etdirmək üçün səfərbər olunur.
Bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Yusov deyib.

O bildirib ki, çağırışçıların səfərbərliyi planlaşdırıldığı kimi davam edir, lakin bu, açıq şəkildə təcavüzkar üçün kifayət etmir:

"Ayda 20 mindən çox şəxs müxtəlif yollarla səfərbərliyə cəlb olunur. Cəlb edilənlər arasında məhbuslar və borclular var. Rusiya komandanlığı keçmiş hərbçilərlə məcburi müqavilə də imzalayır. Onları yoxlamaq üçün hərbi komissarlığa çağırırlar, müqavilə bağlayırlar və prinsipcə, adam geri qayıtmır, çünki əks halda hansısa cinayət təqibi və ya həyatda başqa problemlərlə hədələyirlər".

Conflict.az

  • Sosial şəbəkədə paylaş