Sizin reklam burada
Sizin reklam burada

"Rusiya xalqımıza qarşı soyqırım törətmək istəyən nasistləri dəstəkləyir"

"Rusiya xalqımıza qarşı soyqırım törətmək istəyən nasistləri dəstəkləyir"
Biz bu müharibəni bitirəcəyik, daha güclü olduğumuz üçün qalib gələcəyik. Bundan sonra inanın ki, Rusiya bunun bədəlini ödəyəcək.
Bunu İsrailin hakim Likud Partiyasının nümayəndəsi Əmir Veytman Rusiyanı HƏMAS-ı dəstəklədiyinə görə tənqid edərkən deyib.

O, Rusiyanın İsrailin düşmənlərini dəstəklədiyini vurğulayıb:

"Rusiya xalqımıza qarşı soyqırım törətmək istəyən nasistləri dəstəkləyir. Rusiya bədəl ödəyəcək. Mənə çox diqqətlə qulaq asın: biz bu nasistləri bitirəcəyik, bu müharibədə qalib gələcəyik. Bundan sonra sizin etdiklərinizi unutmayacağıq. Biz Ukraynanın qalib gələcəyinə əmin olacağıq. Etdiklərinizin əvəzini ödəyəcəyinizə əmin olacağıq. Bayaq dediyimi yadda saxlayın: bədəlini ödəyəcəksiniz.

Anlamalısınız ki, hər şeyin öz nəticəsi var. İnsanlar yəhudilərin öldürülməsinə dəstək verəndə bunun bədəlini ödəyirlər. Yəhudilərin özlərini müdafiə edə bilmədikləri dövr arxada qaldı”.

Conflict.az

  • Sosial şəbəkədə paylaş