Sizin reklam burada
Sizin reklam burada

Çinin arsenalında 500-dən çox nüvə başlığı var

Çinin arsenalında 500-dən çox nüvə başlığı var
Çin ölkənin nüvə arsenalının həcminə görə ABŞ-ın əvvəlki proqnozlarını üstələyib və donanmasını genişləndirir.
Bu barədə “Politiko” Pentaqonun hesabatına və ABŞ Müdafiə Nazirliyindəki mənbələrə istinadən yazıb.

Pentaqonun hesablamalarına görə, 2023-cü ilin may ayına kimi Çinin arsenalında 500-dən çox nüvə başlığı var. Bu, ötən illə müqayisədə təxminən 100-ə yaxın çoxdur. ABŞ Pekinin 2030-cu ilə qədər nüvə başlıqlarının sayını iki dəfə artıracağını və 2035-ci ilə qədər 1500 nüvə başlığına sahib olacağını gözləyir.

Hesabata görə, Çin çox güman ki, plutonium istehsal etmək üçün yeni reaktorlar və emal zavodlarından istifadə edəcək. Rəsmi olaraq Çin bu imkanların dinc məqsədlər üçün lazım olduğunu iddia edir.

Bundan əlavə, xidmətdə olan gəmilərin və sualtı qayıqların sayı 340-dan 370-ə çatdırılıb.

Ehtimal edilir ki, Çinin illik müdafiə büdcəsi 7,1% artırılıb.

Conflict.az

  • Sosial şəbəkədə paylaş