Sizin reklam burada
Sizin reklam burada

"Müharibənin genişlənməsi ciddi problem deyil"

"Müharibənin genişlənməsi ciddi problem deyil"
ABŞ Prezidenti Co Bayden Ukraynaya uzaqmənzilli raketlərin göndərilməsi ilə bağlı mövqeyini dəyişib.
Bu barədə “Nyu-York Tayms” qəzeti yazır.

ABŞ nəşri bildirir ki, Bayden ötən müddətdə Rusiya Prezidenti Vladimir Putinin “qırmızı xətlər”indən birini keçməmək üçün Ukraynaya uzaqmənzilli raketlərin verilməsinə razılıq verməyib. Mənbə iddia edir ki, ABŞ lideri Rusiyadan nüvə təhlükəsinə görə bu ssenarini ciddi şəkildə nəzərdən keçirməli olub. Amma Ukrayna ATACMS-a bənzər xüsusiyyətləri ilə seçilən Britaniyanın “Storm Shadow” raketlərini aldıqdan sonra Ağ Ev belə qənaətə gəlib ki, bununla əlaqədar müharibənin genişlənməsi artıq ciddi problem deyil.

NYT-nin məlumatına görə, Bayden ATACMS-ların Kiyevə təhvil verilməsinə razılaşıb, bunu sentyabrda Vaşinqtonda görüşdüyü ​​Ukrayna Prezidenti Vladimir Zelenskiyə deyib. Eyni zamanda, liderlər rus qoşunlarını gözlənilmədən yaxalamaq üçün bu qərarı açıqlamaq üçün tələsməməyə razılaşıblar.

Conflict.az

  • Sosial şəbəkədə paylaş