Sizin reklam burada
Sizin reklam burada

"Müsəlman ölkələr Tehranın çağırışına qoşulsa..."

"Müsəlman ölkələr Tehranın çağırışına qoşulsa..."
Bu ilin may ayının ortalarından etibarən İsrail gündəlik olaraq 220 min barrel neft idxal edib ki, bunun da 60 faizi müsəlman ölkələrindəndir.
Bu barədə “Blumberq” məlumat yayıb.

Nəşr qeyd edib ki, Tehranın müsəlman ölkələrinə İsrailə neft embarqosu ilə bağlı çağırışı Təl-Əvivə gözlənilən qədər zərər vura bilməz:

“Çünki neft bazarı qlobal bazardır və müsəlman ölkələr Tehranın çağırışına qoşulsa, İsrail embarqonun yaratdığı narahatlıqları aradan qaldırmağa qadirdir. O şərtlə ki, Azərbaycan və Qazaxıstan bu çağırışdan imtina etsin”.

Analitiklərin fikrincə, əgər İsrailin əsas idxalçılarından olan Azərbaycan, o cümlədən Qazaxıstan da embarqo tətbiq etsə, onda İsrail üçün vəziyyət ciddi şəkildə mürəkkəbləşəcək:

“Bu halda neft qəbul edən limanların və sahilyanı ərazilərin təhlükəsizliyinin təmin edilməsi İsrail üçün əsas prioritet olacaq”.

Conflict.az

  • Sosial şəbəkədə paylaş