Sizin reklam burada
Sizin reklam burada

"O, ABŞ prezidenti seçilə bilməz"

"O, ABŞ prezidenti seçilə bilməz"
Bayden İsraildə doğulsaydı, ABŞ dövlətinin başçısı seçilə bilməzdi.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova ABŞ Prezidenti Co Baydenin İsraildə anadan olması ilə bağlı açıqlamasını şərh edərkən bildirib.

"Bayden Təl-Əvivdə səfərdə olarkən İsraildə doğulduğunu söylədi. Bu o deməkdir ki, o, ABŞ prezidenti seçilə bilməz. Rusiyanın Amerika seçkilərinə “müdaxiləsi” getdikcə daha da təkmilləşir”, – diplomat vurğulayıb.

Zaxarova eyni zamanda bildirib ki, ictimaiyyətə açıq məlumatlar var: Bayden 1942-ci il noyabrın 20-də Pensilvaniyada anadan olub, İsrail dövləti isə 1948-ci ildə yaradılıb.

Qeyd edək ki, ABŞ Prezidenti Co Bayden Təl-Əvivə səfəri zamanı İsraildə dünyaya gəldiyini və doğumundan sonra İsrail dövlətinin yaradıldığını bildirib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş