Sizin reklam burada
Sizin reklam burada

"Kreml keçmiş müttəfiqlərinə o qədər də maraq göstərmir"

"Kreml keçmiş müttəfiqlərinə o qədər də maraq göstərmir"
“Rusiyanın son iki ildə Qarabağda vəziyyətin nizamlanması prosesində iştirakı çox qeyri-müəyyən görünür”.
Bunu rus politoloq, Sankt-Peterburq Siyasət Fondunun prezidenti Mixail Vinoqradov deyib.

O, bölgədə rus sülhməramlılarının vəziyyətinə və Kremlin mövqeyinə diqqət çəkib:

“Bölgədəki sülhməramlı missiyasının uğurundan danışmaq mübaliğə olardı. Kremlin həbsdə olan keçmiş müttəfiqlərinin taleyinə o qədər də maraq göstərməməsi postsovet məkanında onun tərəfdaş cəlbediciliyinə müsbət təsir etmir. Ruben Vardanyan regionda bütün maraqlı tərəflər üçün ruspərəst fiqur kimi qəbul edilir. Onun Rusiya vətəndaşlığından imtinası kəskin qərar deyil. Bu, Moskva üçün Azərbaycan və Ermənistan arasındakı münaqişənin siyasi yolla həlli cəhdlərində sərbəst çıxışı təmin etmək vasitəsi idi”.

Politoloq Vardanyanın Kreml və İrəvan üçün əhəmiyyətindən söz açıb:

“Sirr deyil ki, Vardanyan Rusiyada böyük humanitar layihələr həyata keçirərək federasiyanın ən nüfuzlu şəxsləri sırasında yer alıb. Onun siyasi səhnədə olması Rusiya tərəfinə manevr üçün əlavə imkanlar verdi. Lakin Ruben Vardanyanın prosesdən təcrid olunması ona rəqib hesab edilən Nikol Paşinyan üçün əlverişli oldu”, – Vinoqradov bildirib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş