Sizin reklam burada
Sizin reklam burada

"Terror təşkilatı döyüşmək istəmədiyi görüntüsü yaratmışdı”

"Terror təşkilatı döyüşmək istəmədiyi görüntüsü yaratmışdı”
HƏMAS İsraili qruplaşmanın silahlı qarşıdurma istəmədiyinə inandırmaq üçün illərdir davam edən bir kampaniya aparıb.
Bu barədə HƏMAS-a yaxın bir mənbə "Reuters"ə bildirib.

“HƏMAS İsraildə döyüşə hazır olmadığı təəssüratı yaradıb”, - mənbə agentliyə bildirib.

“HƏMAS son aylarda İsraili çaşdırmaq üçün görünməmiş kəşfiyyat taktikalarından istifadə edib və ictimaiyyətdə belə bir təəssürat yaradıb ki, bu kütləvi əməliyyata hazırlıq üçün İsraillə döyüşə və ya qarşıdurmaya girmək istəmir”.

Mənbə bildirib ki, terror təşkilatı hazırlıq çərçivəsində təlim üçün simulyasiya edilmiş İsrail icması qurub. “İsrail, əlbəttə ki, onları gördü, lakin onlar əmin idilər ki, HƏMAS qarşıdurmada maraqlı deyil”, - agentliyin həmsöhbəti əlavə edib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş