Sizin reklam burada
Sizin reklam burada

"ABŞ İranın dörd neft emalı zavodunu vurmalıdır"

"ABŞ İranın dörd neft emalı zavodunu vurmalıdır"
Livan Hizbullahı İsrail və HƏMAS arasındakı müharibəyə müdaxilə edərsə, biz - Amerika Birləşmiş Ştatları İrana qarşı hərbi cavab verməliyik.
Bunu ABŞ-ın respublikaçı senatoru Lindsi Qrehem bildirib.

Qrehem bildirib ki, ABŞ sözügedən halda İranın dörd neft emalı zavodunu vurmalıdır.

Qeyd edək ki, 7 oktyabrda HƏMAS “İslami-Cihad”la birgə “Əqsa tufanı” əməliyyatı başladığını elan edib və İsrailə hücum həyata keçirib. Genişmiqyaslı hücum nəticəsində 700-dən çox sakin ölüb, 2,2 mindən çox insan yaralanıb.

İsrail ordusu cavab tədbirləri həyata keçirir.

Conflict.az

  • Sosial şəbəkədə paylaş