Sizin reklam burada
Sizin reklam burada

"Bu İsrailin kəşfiyyatı tərəfindən nəzərdən qaçırıla bilməzdi”

"Bu İsrailin kəşfiyyatı tərəfindən nəzərdən qaçırıla bilməzdi”
HƏMAS terrorçularının İsrailə gözlənilməz hücumu 1973-cü il müharibəsindən sonra İsrail kəşfiyyatının ən böyük uğursuzluqlarından biri ola bilər.
Bu barədə “Blumberq” yazıb.

“Hücuma quruda və dənizdə onlarla əməliyyat, eləcə də raket hücumları daxildir. Buna görə də bu hücumun hazırlığı özündə dərin planlaşdırma və koordinasiyanı ehtiva edir ki, bu da İsrailin kəşfiyyat xidmətləri tərəfindən nəzərdən qaçırıla bilməzdi”, - nəşr bildirib.

Karnegi Fondunun baş elmi işçisi Aaron Devid Miller isə deyib ki, israillilər HƏMAS-ın belə hücum edəcəyinə inanmırdılar:

“Heç kim onların sərhədi keçməyə risk edəcəyinə inanmırdı. Bu regionlarda kifayət qədər İsrail qüvvələrinin olmaması ciddi səhv idi”.

  • Sosial şəbəkədə paylaş