Sizin reklam burada
Sizin reklam burada

"Sərhəddə döyüş hazırlığı yox idi"

"Sərhəddə döyüş hazırlığı yox idi"
İsrail HƏMAS-ın hücumuna hazır deyildi.
Bu sözləri israilli ekspert David Gendelman HƏMAS-ın İsrailə hücumunu şərh edərkən deyib.

“İsrail kəşfiyyatının qiymətləndirməsi belə idi ki, indi HƏMAS-la gərginlik yaratmaq sərfəli deyil. Son həftələrdə Qəzza sakinlərinə İsraildə daha çox iş icazəsi verilib. Hətta Qəzzaya Qətərin növbəti maliyyə yardımı ayrılmışdı və s... Deməli, ehtimal edilirdi ki, onların hazırki tələbləri təmin edilib və onlar indi döyüşməyəcəklər. Təlimlər isə sadəcə hər zaman olduğu kimi mövsümi xarakter daşıyırdı.

Ona görə də İsrail ordusu arxayn idi, sərhəddə döyüş hazırlığı yox idi. HƏMAS ani hücumla hətta özü üçün də gözlənilməz olan uğurlar qazandı”, - deyə ekspert bildirib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş