Sizin reklam burada
Sizin reklam burada

"ABŞ-ın İranın təhlükəli kəşflərinə qarşı bir sıra alətləri mövcuddur"

"ABŞ-ın İranın təhlükəli kəşflərinə qarşı bir sıra alətləri mövcuddur"
Vaşinqton 2023-cü ilin oktyabrında BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsi ilə İrana qarşı tətbiq edilən raket texnologiyalarının ixracına embarqonun müddəti bitdikdən sonra belə Tehrana qarşı məhdudiyyətləri saxlamaq niyyətindədir.

Bunu Dövlət Departamentinin mətbuat xidmətinin rəis müavini Vedant Patel brifinqdə deyib.

Onun sözlərinə görə, ABŞ-ın İranın təhlükəli kəşflərinə, raket və dron texnologiyalarının yayılmasına qarşı durmağa imkan verən bir sıra alətləri mövcuddur:
“2231 saylı qətnamə bizim ixtiyarımızda olan yeganə vasitə deyil, bizim öz sanksiya səlahiyyətlərimiz, ixrac nəzarətimiz, ikitərəfli və çoxtərəfli mexanizmlərimiz var”.

Conflict.az

  • Sosial şəbəkədə paylaş