Sizin reklam burada
Sizin reklam burada

"Dünya bunu izləyir"

"Dünya bunu izləyir"
Ağ Ev Kevin Makkartinin Konqresin Nümayəndələr Palatasının sədri olub-olmamasından asılı olmayaraq, Ukraynaya yeni yardımın təsdiqlənəcəyindən əmindir.
Bunu Ağ Evin Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.

"Biz bilirik ki, Konqres üzvlərinin böyük əksəriyyəti Ukraynaya əlavə yardımı dəstəkləyir və biz onların bu barədə mövqeyini, o cümlədən spiker Makkartinin bəyanatlarını bilirik və yüksək qiymətləndiririk. Bugünkü çağırışdan da göründüyü kimi, dünya bunu izləyir", - Kirbi deyib.

Qeyd edək ki, ABŞ Konqresinin Nümayəndələr Palatası Kevin Makkartinin spiker vəzifəsindən azad edilməsinə səs verib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş