Sizin reklam burada
Sizin reklam burada

"Türkiyə müstəqil və təsiredici bir aktordur"

"Türkiyə müstəqil və təsiredici bir aktordur"
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı hədəfə alan Fransanın “Le Point” qəzetindən diqqətçəkən təhlil gəlib.
Ərdoğanın Türkiyə Cümhuriyyətinin 100-cü ildönümündə qeyd edəcəyi çox zəfərinin olacağını yazan nəşr Türkiyənin tamamilə müstəqil və təsiredici bir aktor olacağını bildirib.

Fransız qəzeti təhlilinə belə bir başlıq qoyub:

“Ərdoğanın qələbə yürüşünü kim dayandıracaq?”

Ankaranın bölgəni yenidən formalaşdırmaq hədəfində uğurla irəlilədiyini yazan nəşr Türkiyənin Qafqazdan Kiprə, Liviyadan Balkana qədər irəlilədiyini vurğulayıb.
Azərbaycanın Qarabağ zəfərindən narahatlığını hər fürsətdə dilə gətirən “Le Point” Ermənistanın bölgədə uğursuzluğa düçar olmasının Türkiyənin “regional hakim projesi”nə gedən yolunda sadəcə bir addım olduğunu qeyd edib.

Təhlildə Azərbaycan və Türkiyə əleyhinə təxribatçı və skandal ifadələrə yer verilib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş