Sizin reklam burada
Sizin reklam burada

“Rusiyalılar bunu öz gizli kanalları ilə aşılayırlar"

“Rusiyalılar bunu öz gizli kanalları ilə aşılayırlar"
Qəzet xatırladır ki, Ukrayna ərazisinin təxminən beşdə biri Rusiyanın işğalı altındadır və ölkənin milyonlarla sakini evlərini tərk etməyə və ya xaricə getməyə məcbur olub. Cəbhədə on minlərlə hərbi qulluqçu da var.

Nəşrin müəllifləri ilə təkbətək söhbətlərində Ukrayna rəsmiləri bildiriblər ki, belə şəraitdə prezident seçkilərinin keçirilməsi, demək olar ki, mümkün deyil - Rusiya Ukraynanı daxildən zəiflətmək üçün vəziyyətdən istifadə edə bilər: xüsusilə Ukrayna cəmiyyətində və siyasətçilər arasında parçalanmaları artırmağa çalışa bilərlər.

“Rusiyalılar bunu öz gizli kanalları ilə aşılayırlar. Müharibə zamanı demokratik seçkilərin keçirilə biləcəyi vəziyyət yoxdur”, - adı çəkilməyən ukraynalı məmur qəzetə deyib. Həmin şəxs əlavə edib ki, seçkilərin keçirilməsi “Ukrayna dövlətinin çox kövrək siyasi gücünü məhv edə bilər”.

Nəşr qeyd edib ki, bununla belə, Ukrayna rəsmiləri dəstəyinə ehtiyacı olan Qərb siyasətçiləri ilə münaqişəyə düşməmək üçün prezident seçkilərinin keçirilməsi ideyasını birbaşa rədd etməyiblər.

Qəzetin yazdığına görə, Prezident Cozef Baydenin administrasiyası hesab edir ki, seçkilərin keçirilməsi ilə bağlı qərarı Ukrayna verməlidir. Müəlliflər Ağ evin adı açıqlanmayan nümayəndəsinin sözlərinə istinad edir. Onun sözlərinə görə, Vaşinqton müharibə zamanı seçki keçirməyin nə qədər çətin olduğunu başa düşür.

Ukrayna parlamentinin üzvlərindən birinin sözlərinə görə, bu cür çağırışlar əsasən 2024-cü ildə ABŞ-də keçiriləcək prezident seçkilərində yaxın vaxtlarda iştirak edəcək respublikaçılardan gəlir.

“Bu, məntiqlidir və gözləniləndir. Əlbəttə, Ukrayna məsələləri bu və ya digər şəkildə Amerikanın daxili diskursunun bir hissəsi olacaq”, - Radanın adı açıqlanmayan xalq deputatı qəzetə deyib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş