Sizin reklam burada
Sizin reklam burada

"Müharibə heç kimə kömək etmir”

"Müharibə heç kimə kömək etmir”
“Sülh müqaviləsi imzalamaq üçün tarixi imkan yaranıb, çox yaxınlaşmışıq”.
Bunu Ermənistan Parlamentinin sədri Alen Simonyan deyib.

“Yollar açılması bizim üçün prioritet məsələdir. Biz çox istəyərik ki, Qranadada irəliləyiş əldə edək, yaranmış tarixi şansdan istifadə edək. Proses Qranadada yekunlaşa bilər. Əbədi müharibə heç kimə kömək etmir”-deyə, o bildirib.

Qeyd edək ki, oktyabrın 5-də İspaniyanın Qranada şəhərində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında görüş keçiriləcəyi deyilir.

Conflict.az

  • Sosial şəbəkədə paylaş