Sizin reklam burada
Sizin reklam burada

"Bizə daha çox səs, fikir lazımdır”

"Bizə daha çox səs, fikir lazımdır”
Birləşmiş Ştatlar bu qurumun “yeni səslərə” və “yeni rəylərə” ehtiyacı olduğuna inanaraq, BMT Təhlükəsizlik Şurasında islahatlar aparmağa çalışacaq.

Bunu ABŞ Prezidenti Co Bayden Nyu-Yorkda BMT Baş Assambleyasının 78-ci sessiyasının tribunasından çıxışı zamanı deyib.

“Keçən il burada çıxışımda Birləşmiş Ştatların Təhlükəsizlik Şurasının genişlənməsini, daimi və qeyri-daimi üzvlərin sayının artırılmasını dəstəkləyəcəyini bəyan etmişdim. ABŞ BMT üzvü olan bir çox ölkələrlə əhəmiyyətli məsləhətləşmələr aparıb və biz islahatların irəliləyişini təmin etmək üçün üzərimizə düşəni etməyə davam edəcəyik. Biz tez-tez irəliləyişə, şurada konsensusa mane olan tıxacın öhdəsindən gəlməyi bacarmalıyıq. Bizə daha çox səs, daha çox fikir lazımdır”, - ABŞ lideri bəyan edib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş