Sizin reklam burada
Sizin reklam burada

"Hüquq dövlətində qərarlar məhkəmə tərəfindən verilir"

"Hüquq dövlətində qərarlar məhkəmə tərəfindən verilir"
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının 78-ci Baş Assambleyası üçün getdiyi Nyu Yorkda Amerikanın "PBS" kanalının qonağı olaraq gündəmlə bağlı sualları cavablandırıb.
Türkiyədə Sedef Kabaş, Osman Kavala və Səlahəddin Dəmirtaş kimi "yüksək səviyyəli həbslər" olduğunu deyən aparıcının, "Bu adamları susdurmağa çalışırsınız? Sözü gedən insanlardan bir təhlükə hiss edirsinizmi?" sualını Ərdoğan belə cavablandırıb:

"Bu sizi niyə bu qədər narahat edir? Türkiyə hüquq dövlətidir. Hüquq dövlətində belə qərarlar məhkəmə tərəfindən verilir. Əgər məhkəmə bu istiqamətdə qərar veribsə, o zaman məhkəmənin verdiyi bu qərara hörmətlə yanaşaq. Mən ədliyyə adından danışacaq vəziyyətdə deyiləm. Sizin qeyd etdiyiniz bu şəxs (Kavala) ) etiraz aksiyalarının maliyyəçisi olub”.

Türkiyə lideri məhkəmələrlə bağlı "Mən onlarla məşğul olacaq deyiləm" deyərək bir daha qərarların məhkəmə tərəfindən verildiyini vurğulayıb.

"Türkiyənin məhkəmə sisteminə hörmət etməyə məcbursunuz".

Səlahəddin Dəmirtaşın terrorçu olduğunu və 200-dən çox insanın ölümünə səbəb olduğunu, buna görə də məhkəmənin belə bir qərar verdiyini bildirən Ərdoğan, proqramın aparıcısının onun sözünü kəsməsinin ardınca "Sözümü kəsməyə haqqın yoxdur. Hörmət edəcəksən, məhkəmənin verdiyi qərara hörmət edəcəksən",- deyə bildirib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş