Sizin reklam burada
Sizin reklam burada

ABŞ terror təhlükəsinin yüksək səviyyədə qalacağını proqnozlaşdırır

ABŞ terror təhlükəsinin yüksək səviyyədə qalacağını proqnozlaşdırır
ABŞ 2024-cü ildə ölkədə terror təhlükəsinin yüksək səviyyədə qalacağı və xaricdə fəaliyyət göstərən radikal qrupların öz əvvəlki təsirlərini bərpa etməyə çalışacağını proqnozlaşdırır.

Bu barədə ABŞ Daxili Təhlükəsizlik Departamentinin məlumatında deyilir.

“Departament ABŞ-da radikallaşmış şəxslərdən zorakılıq təhlükəsinin yüksək səviyyədə qalacağını, lakin əsaslı şəkildə dəyişməyəcəyini, ilk növbədə tək cinayətkarların və ya kiçik qrupların hücumları şəklində özünü göstərəcəyini gözləyir”, - deyə bildirilir.

Məlumata görə, ABŞ-ın antiterror səyləri öz nəticəsini versə də, Vaşinqton Əl-Qaidə və İŞİD kimi beynəlxalq terror qruplarının əvvəlki nüfuzlarını bərpa etməyə və xaricdən hücumlar təşkil etməyə cəhd göstərəcəyini ehtimal edir.

Conflict.az

  • Sosial şəbəkədə paylaş