Sizin reklam burada
Sizin reklam burada

"ABŞ Gürcüstanı NATO üzvlüyünə daha yaxşı hazırlayır"

"ABŞ Gürcüstanı NATO üzvlüyünə daha yaxşı hazırlayır"
ABŞ hökuməti Gürcüstan ərazisində hərbi baza qurmağı planlaşdırmır.
Bu barədə ABŞ-ın Tiflisdəki səfirliyi məlumat yayıb.

Bildirilib ki, ABŞ-Gürcüstan münasibətləri uyğunluğun artırılmasına, sonrakı təcavüzün qarşısını almaq və onun suverenliyini qorumaq üçün Gürcüstanı dəstəkləməyə əsaslanmaqda davam edir ki, bu da Gürcüstanı NATO üzvlüyünə daha yaxşı hazırlayır.

Qeyd edək ki, sentyabrın 12-də “Mtavari Arxi” telekanalı öz mənbələrinə istinadən bildirib ki, ABŞ-ın müdafiə naziri Lloyd Ostin Gürcüstan hökumətinə ölkədə Amerika hərbi bazasının yaradılmasını təklif edib və bundan imtina edilib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş