Sizin reklam burada
Sizin reklam burada

"Baydenin dövründə Birləşmiş Ştatlar “özünün kölgəsinə” çevrilib"

"Baydenin dövründə Birləşmiş Ştatlar “özünün kölgəsinə” çevrilib"
ABŞ-nin keçmiş prezidenti Donald Tramp hesab edir ki, yaş ölkə lideri Co Baydenin öz vəzifələrini yerinə yetirməsinə maneə deyil, lakin o, ABŞ-ni idarə etmək üçün çox səriştəsizdir.
77 yaşlı Tramp sentyabrın 11-də “Truth Social” səhifəsində yazıb: “Co Bayden çox qoca deyil, o, çox bacarıqsızdır”.
Keçmiş ABŞ liderinin sözlərinə görə, noyabrda 81 yaşı tamam olacaq Baydenin dövründə Birləşmiş Ştatlar “özünün kölgəsinə” çevrilib. Respublikaçı ABŞ Konstitusiyasına 25-ci Düzəlişin, o cümlədən vitse-prezidentin dövlət başçısı kimi fəaliyyətə başladığı ABŞ liderinin müvəqqəti fəaliyyət qabiliyyətinin müəyyən edilməsi prosedurunu tətbiq etməyə çağırıb.

Conflict.az

  • Sosial şəbəkədə paylaş