Sizin reklam burada
Sizin reklam burada

"Dövlət katibi şəxsən bununla məşğuldur"

"Dövlət katibi şəxsən bununla məşğuldur"
ABŞ Azərbaycan və Ermənistan arasında vəziyyətin nizamlanması istiqamətində fəaliyyətini davam etdirir.
Bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bu gün keçirdiyi brifinq zamanı deyib.

“Dünən dediyim kimi, dövlət katibi şəxsən bununla məşğuldur və keçən həftə bir neçə müzakirələr aparıb", - deyə o bildirib.

Miller qeyd edib ki, uzunmüddətli perspektivdə iki ölkə yekun razılığa gəlməlidir.

O, bu gün Rusiyadan gələn ərzaq yüklərinin keçdiyi Ağdam-Xankəndi yolunun da açıldığını vurğulayıb.

Conflict.az

  • Sosial şəbəkədə paylaş