Sizin reklam burada
Sizin reklam burada

"Tramp heç vaxt Putini dəstəkləməyəcək"

"Tramp heç vaxt Putini dəstəkləməyəcək"
Ukrayna Prezidenti Volodimir Zelenski Donald Trampın ABŞ prezident seçkilərində qalib gələcəyi təqdirdə Rusiya lideri Vladimir Putini dəstəkləyəcəyinə şübhə etdiyini bildirib.
Bu barədə "The Economist" yazır.

"Əgər Putin gələn il ABŞ-da keçiriləcək prezident seçkilərində Trampın qələbəsinin ona qələbə gətirəcəyinə ümid edirsə, yanılır. Tramp heç vaxt Putini dəstəkləməyəcək. Güclü amerikalılar bunu etməz", - Zelenski deyib.

Zelenski vurğulayıb ki, o, Co Baydenin yenidən seçiləcəyi təqdirdə Ukraynanı dəstəkləməyə yönəlmiş xarici siyasətini davam etdirəcəyini gözləyir.

Conflict.az

  • Sosial şəbəkədə paylaş