Sizin reklam burada
Sizin reklam burada

"Əsasnaməni niyə ratifikasiya edirsiniz?"

"Əsasnaməni niyə ratifikasiya edirsiniz?"
Braziliya prezidenti Luiz İnasio Lula da Silvanın Rusiya Prezidenti Vladimir Putini Beynəlxalq Cinayət Məhkəməsinin qərarı ilə həbs olunacağından qorxmadan növbəti G20 sammitinə dəvət etməsi qəbuledilməzdir.
Bunu Ukraynanın Prezident Aparatının rəhbərinin müşaviri Mixail Podolyak deyib.

“Həqiqətən də Roma Əsasnaməsini həyata keçirmək fikrində deyilsinizsə, niyə onu ratifikasiya edirsiniz? Qalmaqallı populizm naminə onları pozmağa hazırlaşırsınızsa, sizə nə üçün qaydalar lazımdır?” - Podolyak qeyd edib.

Qeyd edək ki, İnasio Lula da Silva Rusiya lideri Vladimir Putinin həbsdən qorxmadan sərbəst şəkildə Braziliyaya gələ biləcəyini açıqlamışdı.

Conflict.az

  • Sosial şəbəkədə paylaş