Sizin reklam burada
Sizin reklam burada

“Bunun Amerikadan başqa heç kimlə əlaqəsi yoxdur"

“Bunun Amerikadan başqa heç kimlə əlaqəsi yoxdur"
“Ermənistan birgə təlimlərlə ABŞ üçün strateji əhəmiyyət kəsb edən tərəfdaşa və müttəfiq dövlətə çevrilmir
Bunu erməni politoloq Suren Sərkisyan deyib.

Ekspert qarşıdakı günlərdə keçiriləcək ABŞ-Ermənistan birgə hərbi təlimlərinin yerli mediada çox şişirdildiyini bildirib:

“Bunun Amerikadan başqa heç kimlə əlaqəsi yoxdur. Pentaqon ehtiyaclarına uyğun olaraq bu cür təlimləri hansı ölkə ilə və hansı növ bölmələrin cəlb edilməsi ilə keçirəcəyinə özü qərar verir, bunları əvvəlcədən planlaşdırır. Ona görə də ABŞ-ın təşəbbüsü ilə mütəmadi olaraq oxşar ikitərəfli və ya çoxtərəfli hərbi təlimlər keçirilir.
Belə təlimlər Gürcüstanda, Qazaxıstanda, Tacikistanda, Özbəkistanda, Albaniyada və onlarla başqa Avropa, Asiya, Ərəb və Afrika ölkələrində keçirilib. Bu təlimlər BMT və ya NATO-nun himayəsi altında həyata keçirilən sülhməramlı missiyalarda əməkdaşlığa aiddir. Ona görə də hərbi təlimlər Ermənistan-Amerika münasibətlərini yeni səviyyəyə qaldırmaq məqsədi daşıya bilməz və daşımır.
Ermənistan bununla ABŞ üçün strateji əhəmiyyət kəsb edən tərəfdaşa və müttəfiq dövlətə çevrilmir. Bunun üçün ayrıca müzakirə mövzusu olan başqa işləri görmək lazımdır”.

Conflict.az

  • Sosial şəbəkədə paylaş