Sizin reklam burada
Sizin reklam burada

"İki liderin görüşündən sonra Cənubi Qafqazda sülh məsələləri öz həllini tapa bilər"

"İki liderin görüşündən sonra Cənubi Qafqazda sülh məsələləri öz həllini tapa bilər"
Ötən gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və onun rusiyalı həmkarı Vladimir Putin arasındakı görüş dünya mətbuatının gündəmində xüsusi yer tutub. Şübhəsiz ki, görüşün gündəliyində duran ən aktual mövzu "Taxıl sazişi" olub və tərəflər bununla bağlı öz fikirlərini, ideyalarını təqdim edib.
Ermənistan-Azərbaycan arasında vəziyyətin gərginləşməsi fonunda baş tutan görüş Cənubi Qafqaz ölkələrinin də diqqətindən yayınmayıb və gün ərzində ən çox müzakirə olunan mövzulardan biri olub. Putin və Ərdoğanın bağlı qapılar arxasında apardığı danışıqlarda Cənubi Qafqaza nə qədər vaxt ayırdıqları məlum deyil, amma mətbuat konfrasında Ərdoğan regiondakı vəziyyətin müzakirə oldunduğunu diqqətə çatdırdı.
Şübhəsiz ki, Putin-Ərdoğan görüşünün gündəliyi olduqca genişdir və Cənubi Qafqazdakı vəziyyət həmin gündəlikdə əsas yerlərdən birini tutur.
Görüş Cənubi Qafqazdakı proseslərə necə təsir edəcək?
Rusiyalı politoloq, tarix elmləri namizədi, Rusiya Federasiyasının Etnik və beynəlxalq araşdırmalar mərkəzinin elmi direktoru Anton Bredix Modern.az-a bildirib ki, iki liderin görüşündən sonra Cənubi Qafqazda sülh məsələləri öz həllini tapa bilər:
“Hesab edirəm ki, bu görüşdən sonra müxtəlif sahələrdə əməkdaşlığın gücləndirilməsi mühüm addım olacaq. Biz hərbi-siyasi əməkdaşlığın gücləndirilməsi istiqamətində addımlar gözləyirik. Bilirsiniz ki, müharibədən sonra Qərb ölkələri Rusiyaya qarşı sanksiyalar irəli sürür. Belə məqamda Türkiyə ilə əməkdaşlıq Rusiya üçün da uğurlu hesab edilə bilər. Bilinən odur ki, Ərdoğanın Qərbə səfəri hələ baş tutmayıb. Bu da onun xarici siyasətində Qərb faktorunun kifayət qədər gözlənildiyini göstərir.
O, Cənubi Qafqaz ölkələrinin ümumi layihələrə cəlb etmək üçün mühüm addımların atılacağını düşünür.
"Son zamanlar Cənubi Qafqazda baş verən hadisələr liderlərin də müzakirə etdiyi mövzulardan biri idi. Düşünürəm ki, onlar bu məsələ ilə bağlı ortaq qərara gələ biləcəklər. Son zamanlar Ermənistan törətdiyi təxribatlar, ölkəmizə qarşı çıxışları Rusiyanı da narahat edir. Yaxın zamanda bunların həll olunacağını ümid edirik”.

Conflict.az

  • Sosial şəbəkədə paylaş