Sizin reklam burada
Sizin reklam burada

"Arutyunyana güclü təzyiq olub"

"Arutyunyana güclü təzyiq olub"
Ermənistan hökumətindən Azərbaycan hakimiyyətinin tələblərini yerinə yetirməsi üçün separatçıların “istefa” verən başçısı Araik Arutyunyana güclü təzyiq olub.
Bu barədə Ermənistanın “Hraparak” qəzeti yazır.

“Araik Arutyunyanın “istefa” qərarı Ağdam-Xankəndi yolu ilə bağlı son hadisələrlə əlaqəlidir. Məlum olduğu kimi, Bakı Laçın yolunun açılması üçün ilkin tələb qoyub – humanitar yüklərin Ağdam yolu vasitəsilə daşınması. Artıq bir neçə gündür ki, yük maşınları (Qırmızı Aypara Cəmiyyətinin) Əsgəran ərazisindədir, yükü Xankəndiyə çatdırmağa çalışırlar. Məlumata görə, Araik Arutyunyan həm Ermənistan, həm də bəzi dövlətlər tərəfindən yolu açmağa məcbur edilib. Nəticədə çətin qərar vermək məsuliyyətindən qurtulmaq üçün “istefa” vermək qərarına gəlib”, - məlumatda bildirilir.

Separatçıların “deputat”ı Metakse Akopyan “Hraparak”a deyib ki, Ermənistan hakimiyyətindən Ağdam yolunun açılması üçün Arutyunyana güclü təzyiqlər olub. Akopyan bu təzyiqin həm də rəsmi Bakının nümayəndələri ilə dialoq üçün olunduğunu iddia edib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş