Sizin reklam burada
Sizin reklam burada

"Separatçıların nəzarətindəki əraziləri güc yolu ilə nəzarətə götürə bilər"

"Separatçıların nəzarətindəki əraziləri güc yolu ilə nəzarətə götürə bilər"
“Müharibə başa çatmayıb, bu, sadəcə atəşkəsdir”.

Bu barədə erməni hərbi ekspert Ayk Naqapetyan bildirib.

Erməni ekspert qeyd edib ki, Azərbaycan separatçıların nəzarətindəki əraziləri güc yolu ilə nəzarətə götürə bilər.

“Azərbaycan sülhməramlılarla konfliktə girmədən Qarabağa daxil olmağı, sürətlə hərbi obyektləri və şəxsi heyəti nəzarətə götürməyi, hərbi texnikanı məhv etməyi planlaşdırır”, – o qeyd edib.

Bununla belə A.Naqapetyan olduqca gülünc və cəfəng bir iddia da səsləndirib:

“Məndə olan məlumata görə, təxminən üç min Azərbaycan hərbçisi xüsusi olaraq Ukraynaya göndərilib. Onlar Rusiyaya qarşı Ukrayna tərəfində vuruşur və küçə döyüşləri təcrübəsi toplayırlar”.

Qeyd edək ki, ermənilər vaxtaşırı Azərbaycan Ordusunun Zəfərinə kölgə salmaq məqsədilə özlərindən bu cür mistik fikirlər səsləndirirlər. Onlar 44 günlük müharibə dövründə az qala Azərbaycan Ordusunun sıralarında gözəgörünməz varlıqların olmasını belə iddia edirdilər.

Conflict.az

  • Sosial şəbəkədə paylaş