Sizin reklam burada
Sizin reklam burada

"ABŞ-ın qoşunlarını Əfqanıstandan çıxarması yanlış idi"

"ABŞ-ın qoşunlarını Əfqanıstandan çıxarması yanlış idi"
Rusiya-Ukrayna müharibəsinin başlaması Qərb ölkələrinin “qırmızı xətlər”in pozulmasına qeyri-adekvat reaksiyası ilə bağlı ola bilər.
Bunu ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş direktoru general Devid Petreus deyib.
Amerikalı general Qərbin reaksiyasından, xüsusən də Rusiyanın Gürcüstana, daha sonra Krım və Donbasa müdaxiləsindən narazıdır.
Onun sözlərinə görə, ABŞ-ın qoşunlarını Əfqanıstandan çıxarması Rusiyanın Ukraynaya müdaxilə qərarına təsir edə bilərdi. General əlavə edib ki, qoşunların Əfqanıstan ərazisindən çıxarılması heç də yaxşı fikir deyildi.
“Bütün bunları nəzərə alan Putin ABŞ və NATO ölkələrinin Rusiyanın Ukraynaya müdaxiləsinə cavab verməyəcəyini düşündü. Çox yanıldı və bu, onun yeganə ciddi səhvi deyil. O, düşünürdü ki, Kiyevi tez tutacaq, Zelenskini rusiyayönlü siyasətçi ilə əvəz edəcək və sair”, - MKİ-nin keçmiş direktoru bildirib.
Petreus vurğulayıb ki, Qərbin qlobal proseslərə qeyri-adekvat reaksiyası Rusiyada öz gücünə inam yarada bilərdi.

Conflict.az

  • Sosial şəbəkədə paylaş