Sizin reklam burada
Sizin reklam burada

"Söhbət Rusiyanın “özünün” hesab etdiyi ərazilərdən gedirdi"

"Söhbət Rusiyanın “özünün” hesab etdiyi ərazilərdən gedirdi"
Amerikalı milyarder İlon Mask Pentaqon rəsmilərinə Rusiya Prezidenti Vladimir Putinlə söhbət etdiyini etiraf edib.
“The New Yorker” xəbər verir ki, bu barədə ABŞ müdafiə nazirinin keçmiş müavini Kolin Kal deyib.

Bildirilib ki, Mask bu məlumatı könüllü olaraq oktyabrda ABŞ müdafiə nazirinin o vaxtkı müavini Kolin Kal ilə görüşü zamanı verib.

O zaman onlar Ukrayna hərbçilərinin “Starlink” ilə əlaqəni itirməyə başlaması ilə bağlı problemi müzakirə ediblər. Söhbət işğaldan azad edilmiş, Rusiyanın “özünün” hesab etdiyi ərazilərdən gedirdi.

“Mənim qənaətim belə oldu ki, Mask Rusiyanın “Starlink”dən ordunun istifadəsinə getdikcə daha çox ondan kömək kimi baxmasından narahat idi”, - Kal əlavə edib.

Onun sözlərinə görə, bu səbəbdən Mask rusiyalıları sakitləşdirməyin yolunu axtarırdı.

Conflict.az

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ