Sizin reklam burada
Sizin reklam burada

"Azərbaycanda Dnestryanı və Donbas kimi separatçı ssenarilər baş tutmadı"

"Azərbaycanda Dnestryanı və Donbas kimi separatçı ssenarilər baş tutmadı"
“Qarabağı tərk edən ermənilərin əksəriyyəti Rusiya vətəndaşlığını qəbul etmiş şəxslərdir”.
Bunu politoloq İlyas Hüseynov deyib.
Ekspert Qarabağla əlaqədar separatçı ssenarilərin fiaskoya uğradığını bildirib: “Bu gün 60-a yaxın erməni Ermənistana getmək üçün Laçın sərhəd-buraxılış məntəqəsindən keçib. Həmin şəxslərin əksəriyyəti Rusiya vətəndaşlığını qəbul etmiş və bu ölkənin pasportunu daşıyan insanlardır. Onlar əsasən Azərbaycan ərazisində separatizmi alovlandırmağa çalışan, ona dəstək verən şəxslərdir. Artıq həm onlar, həm də arxalarında duran qüvvələr anlayıblar ki, Azərbaycanla bu çirkin oyunu davam etdirə bilməyəcəklər.
Azərbaycan müxtəlif səviyyələrdə daim bəyan edib ki, burada Azərbaycan qanunlarına hörmətlə yanaşan, bu qanunlarla yaşamağı qəbul edən şəxslər qala bilərlər. Bu şərti qəbul etməyənlər, öz qaydaları ilə yaşamağa çalışanlar üçün qapılar açıqdır, gedib harada istəsələr, yaşasınlar.
Dediyim kimi, həmin şəxslərin əksəriyyəti Rusiya vətəndaşlığını qəbul etmiş adamlardır. Göründüyü kimi, Azərbaycanda Dnestryanı və Donbas kimi separatçı ssenarilər baş tutmadı. Azərbaycanda “rus dünyası” iddiası baş tutmadı.
Məcburi olmayan, könüllü xarakter daşıyan bu prosesin davamlı olacağı gözlənilir. Yerdə qalanlar Azərbaycan vətəndaşlığını qəbul edib, Azərbaycan qanunları ilə yaşaya, hətta daha yaxşı yaşaya bilərlər”.

Conflict.az

  • Sosial şəbəkədə paylaş