Sizin reklam burada
Sizin reklam burada

ABŞ ordusu terrorçulara silahlı təlim keçdi

ABŞ ordusu terrorçulara silahlı təlim keçdi
Suriyada PKK/YPG terror təşkilatına hərbi dəstəyini davam etdirən ABŞ ordusu Hasəkə vilayətinin Qamışlı rayonunda terrorçularla birgə silahlı təlim keçirib.
ABŞ hərbçilərinin onlarla PKK/YPG terrorçusuna təlimləri avqustun 15-17-də baş tutub.
Birgə təlimdə zenit sistemləri, ABŞ istehsalı “Bredli” zirehli döyüş maşınları və müxtəlif ağır silahlardan istifadə olunub.
ABŞ ordusu Hasəkədəki bazalarında və Deyr əz-Zor vilayətindəki Əl-Ömər və Koniko neft yataqlarında PKK/YPG-yə tez-tez hərbi təlimlər verir.
Türkiyəli siyasi ekspert Abdullah Ağarın sözlərinə görə, yerli mediada çox yer ayrılmasa da, hazırda xüsusilə Suriyada çox mühüm gəlişmələr yaşanır: “Amerika hərbi bazası burada sünni-ərəblərdən ibarət bir birlik formalaşdırıb. Digər tərəfdən, PKK/YPG daxilində fəaliyyət göstərən sünni-ərəb birlikləri var. Onlardan şiə yaraqlılarına qarşı istifadə etməyə meyl mövcuddur. YPG/PKK isə şiə yaraqlıları və Əsəd rejimi ilə toqquşmayacağını bildirir.
Söhbət İŞİD-lə mübarizədən gedir. İŞİD yenidən genişlənib. Digəri Qamışlıdır. Qamışlı Hasəkənin mərkəzidir, amma bizim sərhədimizin düz yanındadır. ABŞ ziddiyyətlərlə dolu davranışlar sərgiləyir. Bu qədər terrorçunu niyə bəsləyirsiniz? Niyə burada - sərhədimizin yanında onlara zenit silahları, “Bredli”lərə təlimlər keçirirsiniz? Bunlar müttəfiqliyə çox da yaraşmır. Amma ümid edirəm ki, zaman keçdikcə ABŞ-ın sağlam düşüncəsi və geosiyasi ağlı müəyyən mənada təsirli olmağa başlayacaq”.

Ağarın sözlərinə görə, ABŞ və Türkiyə arasında etimadsızlığın kökündə duran məqamlardan biri də YPG/PKK terror təşkilatıdır:

“Terror təşkilatından bütün bölgədə sabitliyi pozacaq və Türkiyəni təhdid edəcək şəkildə istifadə etməkdə meyllidirlər. Son dərəcə kibrli davranırlar, ciddi səhvlərə yol verirlər.

Həmişə S-400-ləri “əsaslandırma” kimi istifadə edirlər. Biz S-400-ləri aldıq, çünki məcbur idik. ABŞ-dan “Patriot” istədik, satmadılar, Çindən almağa çalışdıq, imkan vermədilər. Bu durumda hava hücumundan müdafiə sistemi olmayan Türkiyə raketlərə qarşı nə edə bilərdi?”.

Conflict.az

  • Sosial şəbəkədə paylaş