Fransanın sabiq prezidenti Nikola Sarkozi Rusiyanın Ukraynaya qarşı çoxillik cinayətlərinin birbaşa ortağıdır.
Bu sözləri Ukrayna Prezident Ofisi rəhbərinin müşabiri Mixail Podolyak Sarkozinin bəyanatına cavab olaraq deyib.
O bildirib ki, Sarkozinin həvəsləndirməsi – cinayətə ortaq olmaq deməkdir:
“Müharibəni dayandırmağın yeganə yolu – bu ərazilərə beynəlxalq hüququ qaytarmaqdır. Bu isə o deməkdir ki, Rusiya uduzmalıdır. Daha az təxribat, daha az ziddiyyətli bəyanat, cinayət törətmək üçün daha az stimul” - Podolyak əlavə edib.
O qeyd edib ki, 2023-cü ildə “Sarkozinin təcrübəsini” təkrarlamaq mümkün deyil: “Soyqırım və müharibə təşkil etməklə Ukrayna ərazilərinin Rusiya tərəfindən ələ keçirilməsi üzrə cinayətkar sui-qəsddə Sarkozi şüurlu şəkildə iştirak edib”.
Qeyd edək ki, Sarkozi müharibəni bitirmək üçün Rusiyaya güzəşt edilməli olduğunu bildirib.
Conflict.az