Sizin reklam burada
Sizin reklam burada

"Onun ölümü Afrikaya qeyri-sabitlik gətirdi"

"Onun ölümü Afrikaya qeyri-sabitlik gətirdi"
“Qəddafinin öldürülməsinə icazə vermək ciddi səhv idi”.
Bunu İtaliyanın xarici işlər naziri Antonio Tajani jurnalistlərə açıqlaması zamanı bildirib.
Tajani 2011-ci ildə öldürülən Liviya lideri Müəmmər Qəddafi ilə bağlı açıqlamalar verib.
“Qəddafinin öldürülməsinə icazə vermək ciddi səhv idi. O, demokratiyanın modeli olmaya bilər, lakin onun ölümü Liviya və Afrikaya siyasi qeyri-sabitlik gətirdi. O, şübhəsiz ki, ondan sonra gələn hər kəsdən daha yaxşı idi”, - deyə XİN başçısı bildirib.
Tajani İtaliyanın Qəddafi ilə razılaşmalar sayəsində miqrasiya axınının qarşısını ala bildiyini və vəziyyətin daha stabilləşdiyini də vurğulayıb.

Conflict.az

  • Sosial şəbəkədə paylaş