Sizin reklam burada
Sizin reklam burada

700 min nəfər Həsən Ruhanidən şikayət etdi

700 min nəfər Həsən Ruhanidən  şikayət etdi
İranın keçmiş prezidenti Həsən Ruhaniyə qarşı cinayət işi başlanılıb.
Bunu İranın Xüsusi İşlər üzrə Prokurorluğunun mətbuat katibi Məsud Satayişi bildirib.

Onun sözlərinə görə, Həsən Ruhani fond və valyuta bazarına müdaxilələr zamanı yol verilən qanun pozuntularında iştirak etməkdə şübhəli bilinir.

Qeyd edək ki, Həsən Ruhaniyə qarşı Cinayət Məcəlləsinin iki maddəsi ilə ittiham irəli sürülüb. Bildirilib ki, 700 min nəfərin şikayəti əsasında Həsən Ruhaniyə qarşı iş prokurorluğa göndərilib. Məlumata görə, məsələyə ən qısa zamanda baxılacağı və məhkəmənin həbs qətimkan tədbiri seçəcəyi gözlənilir.

Conflict.az

  • Sosial şəbəkədə paylaş