Sizin reklam burada
Sizin reklam burada

“İcazə verin, vəziyyəti aydınlaşdırım"

“İcazə verin, vəziyyəti aydınlaşdırım"
Tehran beş Amerika vətəndaşını azad etməsinə baxmayaraq, ABŞ İrana qarşı sanksiyaları yumşaltmağı planlaşdırmır.
Bunu dövlət katibi Entoni Blinken deyib.
“İcazə verin, vəziyyəti aydınlaşdırım. Heç bir şəraitdə və heç bir halda İran sanksiyaların yüngülləşdirilməsinə nail olmayacaq”, - Blinken Meksikanın xarici işlər naziri ilə birgə mətbuat konfransında deyib.
Avqustun 10-da Ağ Ev razılaşmanın bir hissəsi olaraq İranın beş amerikalının azad edilməsini təsdiqləyib. Ağ Evin Milli Təhlükəsizlik Şurasının (MTŞ) mətbuat xidmətinin rəhbəri Eydrienn Uotsonun sözlərinə görə, beş ABŞ vətəndaşı ev dustaqlığına buraxılıb.

Conflict.az

  • Sosial şəbəkədə paylaş