Sizin reklam burada
Sizin reklam burada

"ABŞ sərhədinin təhlükəsizliyini təmin etmək üçün resurslar ayrılmalıdır"

"ABŞ sərhədinin təhlükəsizliyini təmin etmək üçün resurslar ayrılmalıdır"
Arizona ştatından respublikaçı konqresmen Pol Qosar ABŞ prezidenti Co Baydenin Ukraynaya yardımla bağlı yeni təklifini tənqid edib.
Bu barədə "Ria novosti" yazıb.
Qosar Baydeni Ukraynaya kömək etmək əvəzinə ABŞ-ın problemlərini həll etməyə çağırıb və bildirib ki, ölkənin problemlərini birinci yerə qoymaq daha dəyərli bir missiyadır. Onun fikrincə, ABŞ-a cənub sərhədinin təhlükəsizliyini təmin etmək üçün resurslar ayrılmalıdır.
Diqqətə layiq digər məsələlər arasında Qosar şiddətli cinayətlərə, ABŞ-da narkotiklərin yayılmasına, evsizliyin yüksək səviyyəsinə və "səkilərdə yatan saysız-hesabsız veteranlara" işarə edib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş