Sizin reklam burada
Sizin reklam burada

Rusiya onları terrorçu siyahısına saldı

Rusiya onları terrorçu siyahısına saldı
Rusiya Yaponiya səfirliyinə Tokioda “Post-Rusiya azad xalqları forumu”nun keçirilməsinə meydan verildiyi üçün kəskin etiraz edib.
Bu barədə Rusiya XİN məlumat yayıb.
Bildirilib ki, forumun fəaliyyəti Rusiyada arzuolunmazdır və onun üzvləri terrorçu siyahısına salınıb.
Rusiya XİN Yaponiyanın bu addımını ölkənin bütövlüyünə, Rusiyanın daxili işlərinə müdaxilə cəhdi adlandırıb: “Kisida administrasiyasının razılığı olmadan belə bir qərarın verilməsi çətin ki, mümkün olsun. Kişida administrasiyası bununla da terrorçu ritorikaya və Rusiyaya qarşı nifrət ideologiyasına açıq dəstək nümayiş etdirib. Bu kontekstdə Tokionun baş vermiş düşmənçilik xarakterli antirusiya hərəkətini özünün qeyri-qanuni revanşist iddiaları - Kuril adalarının cənubu ilə əlaqələndirmək cəhdi bizi təəccübləndirmir.
Yaponiya hökuməti tərəfindən dağıdılmış normal münasibətlərin qalıqlarını nəhayət məhv etməyə qadir olan belə bir təcrübə dərhal dayandırılmalı, yapon apologetləri isə terror ideyalarına görə layiqli cəzalarını almalıdırlar. Xəbərdarlıqların əksinə olaraq təxribatların təkrarlanacağı halda Tokio Rusiya ilə münasibətlərdə Yaponiyanın maraqları üçün ən həssas cavab tədbirlərinə hazır olmalıdır”.

Conflict.az

  • Sosial şəbəkədə paylaş