Sizin reklam burada
Sizin reklam burada

"Bakının imtinasından sonra bu məsələ havadan asılı qalıb”

"Bakının imtinasından sonra bu məsələ havadan asılı qalıb”
Azərbaycanın rus sülhməramlıların müvəqqəti məsuliyyət zonasında olan Xankəndi şəhərində fəaliyyət göstərməyə çalışan separatçı-terrorçuların başçısı Araik Arutyunyan “Bakı ilə dialoq” məsələsindən danışıb.
Araik Qərbin “üçüncü ölkədə” belə bir “dialoq” keçirməklə bağlı təklif verdiyini iddia edib.
O bildirib ki, bu təklifi qəbul ediblər, çünki “beynəlxalq formata” yaxın olub: “Ancaq Bakı belə bir formatdan imtina etdi. Bakının imtinasından sonra bu məsələ havadan asılı qalıb”.
Onun sözlərinə görə, Qərb bu görüşdə hər hansı gündəm müəyyən etməyib. Belə ki, Qərb görüşü təşkil edir, müzakirə mövzusunu isə görüş iştirakçılarına buraxır.
Qeyd edək ki, Azərbaycan hər hansı formada “Xankəndi ilə dialoq” adı verilən, Xankəndidəki bir ovuc terrorçunu tərəfə çevirməyə hesablanan bütün təkliflərdən imtina edib və Qarabağdakı erməni icmasının məsələsinin daxili işi olduğunu bildirib.
Erməni icmasının nümayəndələrinə isə Yevlaxda inteqrasiya məsələsini müzakirə etmək təklifi verilib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş